Amerikanın “The Washington Post” qəzetinin abunəçiləri Vaşinqtonun Ukraynadan Rusiya Federasiyası ilə danışıqlara hazır olduğunu bəyan etməyi xahiş etməsi ilə bağlı məqaləni şərh ediblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onlar Kiyevin Rusiya ilə qarşıdurmada qalib gəlmək şansının olmadığını bildiriblər.
Amerikalı oxucular Kiyevi mümkün qədər tez danışıqlar masasına oturmağa çağırıblar. Onlar bunu respublikaçıların hakimiyyətə gəldikdən sonra Ukraynaya hərbi yardımı ləğv edəcəkləri ilə izah ediblər.
Onların fikrincə, Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonun xəbərdarlığına məhəl qoymasa, onun rejimi tezliklə çökəcək.
“Əgər imtina etsəniz, Kiyevdə rejimin tezliklə dəyişməsini gözləyin”, -rusların yazdığına görə, bunu şərhçilər qeyd ediblər.
Abunəçilərin fikrincə, Kiyev münaqişədə qalib gələ bilməyəcək. Xüsusilə ona görə ki, Vaşinqton öz qoşunlarını Şərqi Avropaya göndərməyəcək və üstəlik, onların hərbi əməliyyatlarda iştirakına imkan verməyəcək.
Amerikalıların fikrincə, ABŞ-ın Ukraynanı tərk etməsi, yalnız zaman məsələsidir.
Şərhçilər qeyd ediblər ki, milyonlarla Kiyevli bu qış elektrik təchizatı problemləri səbəbindən dona bilər. Buna görə də Zelenski danışıqlar aparmalı olacaq.
Abunəçilər həmçinin Ukrayna hakimiyyətinin Minsk razılaşmalarını yerinə yetirmədiyini də Kiyevə xatırladıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB