Mask amerikalılara müraciət edib

Mask amerikalılara müraciət edib

Biznesmen İlon Mask ABŞ Konqresinə seçkilərin noyabrın 8-i çərşənbə axşamı keçiriləcəyini xatırladıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, müstəqil seçicilərə onları Respublikaçılara səs verməyə çağırıb.

“Müstəqil düşüncəli seçicilərə: güc bölgüsü hər iki partiyanın ifratlarının ən pisini məhdudlaşdırır”. Bunu İlon Mask bildirib.

Bunun fonunda sahibkar onlara respublikaçılara səs verməyi tövsiyyə edib ki, demokrat prezidenti tarazlaşdırsınlar.

Xatırladaq ki, noyabrın 8-də ABŞ-da Konqresə seçkilər keçiriləcək. Amerikalılar bütün Nümayəndələr Palatasını və Senatın üçdə birini seçəcəklər.

Onu da xatırladaq ki, hazırda Konqresə tamamilə ABŞ prezidenti Cozef Baydenin partiya üzvləri - Demokratlar nəzarət edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə