Putin G20 sammitinə getməyəcək?

Putin G20 sammitinə getməyəcək?

İndoneziya prezidenti Coko Vidodonun ehtimalına görə, Rusiya prezidenti Vladimir Putin, noyabrın 15-dən 16-dək Balidə keçiriləcək G20 sammitinə gəlməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İndoneziya prezidenti Vladimir Putinin gələn həftə Balidə keçiriləcək G20 sammitində iştirak etməyəcəyinə dair “güclü hiss” keçirdiyini bildirib.

Rusiyanın sammitə dəvətli olduğunu deyən Vidodo, İndoneziyanın dünya dövlətləri arasında dialoqa ümid etdiyini bildirib

O, dünyada beynəlxalq gərginlikdə “çox həyəcanverici” artım müşahidə olunduğunu da bəyan edib.

Amma buna baxmayaraq, Vidodoya görə, “G20 siyasi forum olmamalıdır. O, iqtisadiyyata və inkişafa həsr olunmalıdır”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Putinlə Vidodo arasında telefon danışığı zamanı Rusiya prezidentinin G20 sammitinə səfərinin müzakirə edilib-edilməməsi sualına cavab verməkdən imtina edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə