Türkiyə Maarif Fondunun təşkil etdiyi II İstanbul Təhsil Zirvə Toplantısı başa çatdı
Türkiyə Maarif Fondu tərəfindən TRT-nin media sponsorluğu ilə təşkil edilən, “Məktəbin gələcəyi, pandemiyadan sonra təhsil ehtiyacları” mövzusunda 7 ölkənin təhsil nazirləri və dünyanın ekspert təhsil-tədris qurumlarını bir araya gətirən II İstanbul Təhsil Zirvə Toplantısı başa çatdı. Bağlarbaşı Konqres və Mədəniyyət Mərkəzində keçirilən sammitin ikinci və sonuncu gününün ilk iclasında “Kovid nəslinin gələcəyi”, ikincisində “Fərqliləşdirilmiş təhsil” mövzuları müzakirə edilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Son paneldə “Təhsildə alternativ axtarışlar” mövzusundan danışılıb. İstanbul Mədəniyyət Universitetinin müəllimi, dosent Ömer Avcının moderatorluğu ilə keçirilən sessiyada “EdX” Biznes İnkişafı qurumunun rəhbəri Con Şvarts (John Schwartz), “Coursera for Campus”un baş direktoru Skot Şirman (Scott Shireman), Marmara Universitetinin müəllimi, professor Kemal Sayar, Peşəvər Universitetinin Təhsil Sosiologiyası və Müəllim Təhsili kafedrasının professoru Syed Munir Əhməd və Afrika İnkişaf Universitetinin rektoru Kader Kaneye məruzələrlə çıxış ediblər.
Varlılarla arada olan uçurumu bağlayırıq
“Covid-19” epidemiyası ilə təhsil sisteminin birdən-birə virtual təhsil modelinə keçdiyini xatırladan “EdX” Biznes İnkişafı qurumunun rəhbəri Con Şvarts bu yolla daha geniş auditoriyaya çatıla biləcəyini bildirib: "Sizə desəm ki, Harvard və MİT-də tələbələrə keçilən dərsləri artıq dünyada hər kəs pulsuz əldə verəcək, nə deyərdiniz? Biz hər kəsə hər yerdə ömür boyu öyrənmə ekosistemi təklif edirik. Həm istedadlı və həm də varlı gənclərlə elit məktəblərə girə bilməyənlər arasındakı uçurumu aradan qaldırmaq istəyirik. Bu gün təhsil sistemində bunu qəbul etməli, inkişaf üçün bundan bir vasitə kimi istifadə etməliyik."
Üç həftə içində milyonlarla şagird bir düyməyə basaraq onlayn təhsilə keçdi
Con Şvarts sözlərinə davam edərək deyib: “Üz-üzə təhsilin alternativi ola bilərmi? Bu sualı özümə çox verirdim. Və alternativ bəlli oldu: 3 həftə içində milyonlarla şagird bir düyməni basaraq onlayn təhsilə keçdi.
Epidemiya boyu təhsilin bu cür davam etməsinin vacibliyini gördük. Bu fikri itələyənlər də oldu. Əvvəlcə heç kimin bu prosesin inkişafına dair düşüncəsi yox idi. Epidemiya dəhşətli bir şey olsa da, bu, bizim üçün bir sıçrama taxtası – tramplin oldu. Bütün dünya eyni vaxtda onlayn təhsilə keçdi.
Onlayn təhsil bir çox sahədə yaxşı vasitədir
“Coursera for Campus”un rəhbəri Skot Şirman virtual təhsilin vacibliyini vurğuladı, onun faydalarından bəhs etdi: "Onlayn təhsil bir çox sahədə yaxşı vasitədir. Universitet tələbələri üçün faydalıdır, çünki sizə daha əvvəl təklif olunmayan bir çeviklik var. Onlayn təhsilin bəzi üstünlükləri var. Onlardan bir neçəsi üz-üzə təhsillə müqayisədə daha yaxşı, həvəsləndirən və bir-birini dəstəkləyən sistemlərdir. Hazırda biz əlimizdə olan vasitələrdən istifadə edərək tələbələrə istiqamətli həm üzbəüz, həm onlayn təhsil sistemlərini inkişaf etdiririk”.
Sammit çərçivəsində Türkiyə Maarif Fondu tərəfindən təşkil edilən III Beynəlxalq Maarif Foto Müsabiqəsinin mükafatları da sahiblərinə verildi. Müsabiqədə pakistanlı Şəcər Zəhra birinci, burundili Rania Həsən ikinci, Mustafa Rəcəbi üçüncü oldu. Qaliblərə mükafatları Türkiyə Maarif Fondu Qəyyumlar Şurasının sədri, professor Birol Akgün təqdim etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB