Xerson vilayətinin rəhbərinin müavini Kirill Stremousov öz Telegram kanalında Xerson şəhərindən Xerson vilayətinin sol sahilinə çıxan sonuncu gəmi haqqında məlumat verib.
SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Onun dediyinə görə, noyabrın 7-də insanları sol sahilə apara bilən sonuncu gəmi Xerson şəhərindən çıxdı.
Stremousov bundan sonra şəhəri tərk etmək istəyən sakinlərin bunu öz başlarına edəcəklərini də bildirib.
Stremousova görə, vətəndaşları aparan gəmilər Qolaya Pristan və Alyoşkiyə doğru gedirlər.
Onlar bu ərazilərə gətirildikdən sonra avtobusla Krıma, sonra isə Rusiya Federasiyasının digər bölgələrinə aparılır və burada müvəqqəti yaşayış mərkəzləri ilə təmin olunurlar. Qeyd edək ki, noyabrın 4-də Rusiya prezidenti Vladimir Putin Xerson vilayətindən mülki əhalinin çıxarılmasının vacibliyini bəyan edib.
Yeri gəlmişkən, Stremousov Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikasının bölgəyə gətirildiyini də bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB