''Eren Abluka Payız-Qış 11'' əməliyyatına start verilib

''Eren Abluka Payız-Qış 11'' əməliyyatına start verilib

Türkiyenin Şırnak şəhərində “Eren Abluka Payız-Qış 11 əməliyyatı”na start verilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib. Məlumata görə, terror təşkilatı PKK-nı ölkə gündəmindən çıxarmaq və bölgədəki terrorçuları zərərsizləşdirmək üçün Şırnakda “Eren Abluka Payız-Qış 11 əməliyyatı”na start verilib.
Qeyd edək ki, əməliyyatda 615 hərbi personal iştirak edir. Əməliyyat çərçivəsində Şırnakda 11 sığınacaq və 10 mağara təsbit edilib. Sığınacaq və Mağaralarda çox sayda silah və sursat ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə