ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan son aylarda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla bir neçə məxfi əlaqə saxlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Sallivan həmçinin Ukrayna rəhbərliyini münaqişənin həllinə hazır olduqlarını açıq şəkildə bəyan etməyə çağırıb.
Sullivanın Patruşev və Uşakovla danışıqlarının məqsədinin eskalasiya riskindən qorunmaq və kommunikasiya kanallarını açıq saxlamaq istəyi olduğu bildirilir. Bundan əlavə, Vaşinqtonun Moskvaya kütləvi qırğın silahlarından istifadə etməmək barədə xəbərdarlıq etdiyi iddia edilir.
Maraqlıdır ki, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Uetson “The Wall Street Journal” nəşrində yer alan bu məlumatları nə təsdiq, nə də təkzib edib.
Qeyd edək ki, daha əvvəl “The Washington Post” öz mənbələrinə istinadən ABŞ-ın Kiyevi Moskva ilə danışıqlara hazır olduğunu bildirməyə inandırmağa çalışdığı barədə yazı vermişdi. Belə ki, nəşrin məlumatına görə, sakinləri uzun illər müharibənin davam etdirilməsinə dəstək perspektivindən narahat ola biləcək dövlətlərdən Ukraynaya dəstəyin qorunub saxlanmasını təmin etmək planlaşdırılır.
ABŞ rəsmiləri ukraynalı həmkarlarının Putinin danışıqlara ciddi yanaşmaması ilə bağlı qiymətləndirmələrini bölüşsələr də, onlar etiraf edirlər ki, Vladimir Zelenskinin onunla danışıqlara qadağası Avropa, Afrika və Latın Amerikasının bəzi yerlərində iğtişaşlar yaradıb.
Bu isə, guya tərəflər arasındakı müharibənin mövcudluğu və dəyərinə dağıdıcı təsir göstərib.
Xatırladaq ki, oktyabrın əvvəlində, Rusiya işğal olunmuş Ukrayna ərazilərinin bir hissəsini ilhaq etdikdən az sonra, Ukrayna prezidenti Vladimir Zelenski “Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü” barədə fərman imzalayıb.
Rusiya Federasiyasının hakimiyyət orqanları, xüsusən də Vladimir Putin mütəmadi olaraq Kiyevlə ilhaq edilmiş rayonların taleyinin müzakirə edilməməli olduğu danışıqlara hazır olduqlarını bəyan edirlər.
Əslində, bu Ukraynaya, onun xalqına hörmətsizlik kimi qəbul edilməlidir.
Yeri gəlmişkən, Moskva ilə Vaşinqton arasında münasibətlər 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra pisləşib.
May ayında isə dövlət katibi Entoni Blinken ABŞ-ın yəqin ki, Rusiya ilə münasibətləri bərpa etməyəcəyini bildirmişdi. Amma buna baxmayaraq, sentyabrın 25-də Sullivan ölkələr arasında təmasların qapalı şəkildə də olsa davam etdiyini bildirib. Qeyd edilməlidir ki, bunu artıq Rusiya tərəfi də təsdiqləyib.
Sonra da soruşurlar ki, niyə siyasət çirkli və əxlaqsız iş sayılır?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB