Tanzaniyada Bukoba hava limanına eniş edərkən sərnişin təyyarəsi əlverişsiz hava şəraiti səbəbiylə Viktoriya gölünə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəzada 19 nəfər həyatını itirib.
Kokpitdə ilişib qalan iki pilotun əlaqə saxlamasından sonra bölgəyə gələn balıqçılar və axtarış-xilasetmə qrupları, təyyarədəki 43 nəfərdən 26-nı xilas edərək xəstəxanaya göndərib.
Hadisə yerinə ilk gələn balıqçılar pilotların təyyarənin arxa qapısını açdığını və insanların bu yolla xilas edildiyini bildiriblər.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB