ABŞ-Meksika sərhədində konteynerdən divar tikilib

ABŞ-Meksika sərhədində konteynerdən divar tikilib

ABŞ-ın Arizona ştatı ilə Meksika sərhədində konteynerlərdən divar hörülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Arizona qubernatoru və respublikaçı Daq Dusinin göstərişi ilə tikilən divarın uzunluğu 1,6 kilometr, hündürlüyü isə 6,71 metrdir.

Divarın tikintisinə səbəb kimi narkotik qaçaqmalçılarına qarşı mübarizənin zəif olması göstərilib.

Baş ofisi Arizona ştatının Tucson şəhərində yerləşən "Sky Island Alliance" adlı qeyri-hökumət təşkilatı divarın vəhşi təbiətə ziyan verəcəyini bildirib. Beləki tikilən divarın bölgədəki heyvanların köçünə mane olacaq. Həmçinin yaquar kimi bir çox nəsli tükənməkdə olan hevyanlar üçün ciddi təhlükə yaradır.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə