Yaponiya Sahil Mühafizəsi və Dəniz Özünümüdafiə Qüvvələri 2023-cü maliyyə ilindən ölkənin sularında Amerikanın “General Atomics Aeronautical Systems” şirkəti tərəfindən istehsal olunan “MQ-9B SeaGuardian” pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə patrul xidmətinə başlamağı planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Oktyabr ayından bəri Yaponiyanın şimal-şərqində artıq bir MQ-9B PUA mövcuddur. Hakimiyyət ölkənin cənub-qərbində yerləşdirmək üçün daha iki pilotsuz təyyarə almaq niyyətindədir.
Qeyd olunub ki, PUA-lardan istifadə qərarı Rusiya və Çin gəmilərinin aktivliyinin artması ilə bağlıdır.
Bundan əlavə, pilotsuz uçuş aparatlarının istifadəsi Yaponiya hakimiyyət orqanlarına müvafiq məqsədlər üçün qırıcıların cəlb edilməsi ilə müqayisədə patrul xərclərini azaltmağa imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB