Bu arada ruslar, yalan olmasın, min yerdən əsas gətirərək ölkələrinə qarşı tətbiq edilən 12 mindən artıq sanksiyaların böyük əksəriyyətinin artıq kəsərdən düşdüyünü, yəni işləmədiyini iddia edirlər. Əslində, SİA-nın da qeyd etdiyi kimi, bunu ruslardan əlavə onlara sanksiyalar tətbiq edənlərin özləri də etiraf etməyə başlayıblar.
Amma, qeyd edək ki, ruslar əmindirlər.
Yəni sanksiyaların müəyyən müddətdən sonra kəsərdən düşəcəyinə və Rusiya iqtisadiyyatının öz “xoduna” düşəcəyinə və əvvəlki kimi işləyəcəyinə ümid edirlər. Maraqlı və bəlkə də doğru fikirdir ki, ruslar bu sanksiyaların Rusiya Federasiyasına yeni təzyiqlər üçün daha böyük imkanlar verəcəyinə ümid edirlər.
Diqqət yetirin, məsələn, rusiyalı iqtisadçı Denis Rakşa bu gün Rusiyaya qarşı tətbiq edilən sanksiyaların işlədiyini bildirsə də, amma onların heç də Avropada gözlənilən şəkildə işləmədiyini etiraf edir.
Belə ki, rusiyalı iqtisadçıya görə, ruslara qarşı sanksiyalar tətbiq edənlər bu sanksiyaların ruslara necə zərər verəcəyini hələ də dəqiq bilmirlər.
Yenə də Rakşaya görə, Rusiyaya qarşı tətbiq edilə biləcək ən sərt sanksiya neft embarqosudur. Amma Qərbin üçüncü ölkələr üçün Rusiya neftinə tavan qiymət tətbiq etmək qərarı əslində bu təhlükəni aradan qaldırır. Birləşmiş Ştatlar isə, məlum olduğu kimi, öz treyderlərinin nə dediklərini xüsusi olaraq yoxlamır.
Rus iqtisadçı əlavə edir ki, Rusiyadan neftin qiymətinə məhdudiyyətlər tətbiq olunsa belə, Kreml bundan asanlıqla çıxış yolu tapacaq. Məsələn, nefti həm ABŞ, həm də Avropaya asanlıqla olmasa da, hərr halda müxtəlif yollarla satacaq və Səudiyyə Ərəbistanını da enerji resursları ilə təmin etmək mümkün olacaq.
Beləliklə, rusiyalı iqtisadçıya görə, hazırda texnologiya və avadanlıqların tədarükü ilə bağlı ən sərt sanksiyalar tətbiq edilsə də, belə görünür ki, bu tam şəkildə həyata keçirilə bilmədi.
Çünki Qərb şirkətləri hələ də Rusiya bazarını itirmək istəmirlər. Ona görə də Türkiyə və ya digər dolama yollar üzərindən tədarük zəncirlərini işə salırlar.
Rakşanın dediyinə görə, bu yaxınlarda Avropada Rusiyadan avadanlıq alan çox məşhur bir şirkətdə mənə dedilər ki, onlar hər şeyi əvvəlki kimi almağa davam edirlər, yalnız çatdırılmada bir az çətinlək yaranıb ki, onun da tezliklə yoluna düşəcəyinə ümidlidirlər.
Sizi bilmədim, amma deyəsən bu lap bizdəki o "üç badam, bir qoz" oyununa bənzəyir..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB