“Lavrov mənə Putinlə görüşməyi lazım bilmədi”

“Lavrov mənə Putinlə görüşməyi lazım bilmədi”

Hələ o vaxt, fevralın 25-də Papa Fransisk Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyib və hətta genişmiqyaslı müharibənin başlanmasının ertəsi günü danışıqlar aparmaq üçün Rusiya səfirliyinə gedib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Roma Papası Rusiya səfiri ilə bu mövzuda danışmaq qərarına gəlib. O, lazım gələrsə, hətta Moskvaya getməyə və Putinlə danışmağa belə hazır olduğunu bildirib, lakin...

“Lavrov mənə çox nəzakətlə cavab verdi və dedi ki, sağ olun, lakin hazırda buna ehtiyac yoxdur”, -

Bunu Papa bəyan edir.

Beləliklə, Roma Papası Fransisk iki ölkə arasında dialoqu inkişaf etdirmək üçün Ukrayna və Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.

Sonradan onun Ukraynaya, eləcə də Rusiya Federasiyasına səfər edə bilməyəcəyi məlum olub. Səbəb isə səhhətindəki problemlər olub. Həkim ona səfərlərini təxirə salmağı və gücünü qorumağı tövsiyə edib.

Amma sonradan, yəni sentyabr ayında Papa Fransisk dövlətlərin Ukraynaya Rusiya təcavüzündən müdafiəsinə kömək etmək üçün silah tədarükünün mənəvi baxımdan məqbul olduğunu deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə