Ukrayna hərbçiləri əllərində olan bütün texnikanı ən çətin vəziyyətin yarandığı Xerson bölgəsinə çəkirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Qəhrəmanı, istefada olan general-mayor Sergey Lipovoy bildirib.
“Bu, bir qayda olaraq, Avropa tərəfindən təchiz edilmiş avadanlıqdır. Bu, həm də bizim keçmiş avadanlıqlarımızdır, yəni birinci modifikasiyanın T-72-sidir. Amerika silahlarının, Varşava Müqaviləsi ölkələrinin keçmiş tanklarının və Alman zirehli personal daşıyıcılarının, fransız yüngül tırtıllı özüyeriyən silahların qarışığı var”-deyə rusiyalı hərbçi bildirib.
Maraqlıdır ki, Lipovoy Xerson bölgəsində vəziyyətin sadə olmadığını desə də, amma idarə oluna biləcəyini də istisna etmir. Ukrayna Silahlı Qüvvələri nəyinsə yoluna düşəcəyi ümidi ilə orada qalan hər şeyi atırlar. Donetsk, Luqansk istiqamətində, Svatovo, Novaya Kaxovka - demək olar ki, cəbhənin bütün uzunluğu boyunca hücum cəhdləri edilir. Bu, müdafiədə zəif cəhətləri tapmaq cəhdidir. Amma onlar bütün istiqamətlərdə çalışırlar.
Bu günə qədər Xerson istiqamətində vəziyyət ən çətinlərdən biridir. Rusiya prezidenti Vladimir Putin dinc sakinlərin həyatlarını xilas etmək üçün Xersondan çıxarılmasının zəruriliyini açıqlayıb.
Bölgənin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov 100 minə yaxın insanın hələ də təhlükəsiz əraziyə təxliyə olunmadıını deyib.
Ukrayna hərbçiləri isə hücuma hazırlaşmaq üçün atəşi gücləndirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB