II Yekaterinanın abidəsini sökməyə hazırlaşırlar

II Yekaterinanın abidəsini sökməyə hazırlaşırlar

Odessada Rusiya İmperatoru II Yekaterina abidəsinin sökülməsi üçün hazırlıq işlərinə başlanılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə abidənin hasarına vurulmuş elanda deyilir.

Elan elə bizlərdəki kimidir.

“Müvəqqəti narahatlığa görə üzr istəyirik. “Odessanın qurucularına” heykəltəraşlıq kompozisiyasının sökülməsi və təhvil verilməsi üçün hazırlıq işləri aparılır”.

Qeyd edək ki, bundan əvvəl abidənin üzərinə boya çəkilmiş, yazılar vurulmuş, postamentə qırmızı papaq qoyulmuş və hətta “özünü asmaq üçün” əlinə ilgək də vermişdilər.

Xatırladaq ki, Odessanın qurucusu kimi II Yekaterina və onun tərəfdaşları Cozef de Ribas, Frans de Volan, Qriqori Potemkin və Platon Zubovun abidələri 1900-cü ildə şəhərdə ucaldılıb. Qeyd edək ki, 1920-ci ildə sökülən bu abidə, 2007-ci ildə Yekaterininskaya meydanında yenidən bərpa edildi. Bu ilin oktyabrında Odessa Şəhər Şurası abidənin taleyi ilə bağlı elektron səsvermənin nəticələrinə yekun vurub. Vətəndaşlar arasında keçirilən sorğuya əsasən, əksəriyyət söküntünün lehinə səs veriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə