ABŞ Mərkəzi Komandanlığı ABŞ və Səudiyyə Ərəbistanı qüvvələrinin birgə yüksək həyəcan siqnalı çərçivəsində Körfəz bölgəsində yerləşən döyüş təyyarələrini İrana doğru yerləşdirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu qərarı ABŞ hərbçiləri İranın Səudiyyə Ərəbistanındakı hədəflərə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə hazırlaşdığı barədə məlumat aldıqdan sonra veriblər.
“The Washington Post” nəşri Vaşinqtonun “strateji tərəfdaşlarını qorumaq” və ABŞ-ın Yaxın Şərqdə müdafiəsini təmin etmək üçün oraya hərbi təyyarələr göndərdiyini bəyan edib.
Qeyd edək ki, İranda polis nəzarətində olan 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı keçirilən etirazlar fonunda ölkələr arasında qarşıdurma kəskinləşib.
Elə bu baxımdan da ABŞ döyüş hazırlığı səviyyəsini artırıb.
Onu da xatıarladaq ki, ABŞ prezidenti Cozef Bayden daha əvvəl ölkələr arasında münasibətləri “yenidən konfiqurasiya etmək” planlarını açıqlamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB