Ukrayna əsgərləri Xerson vilayətinin Kaxovka şəhərində rus işğalçılarının yerləşdiyi binaya hücum ediblər.
Baş Qərargahın axşam xülasəsində düşmənin məğlubiyyətinin təsdiqlənməsi qeyd edilir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, hücum zamanı binada 200-ə qədər rus həbçisinin olduğu deyilir.
Ukrayna tərəfinin dediyinə görə, düşmən itkilərinin sayını hər vəchlə gizlədir. Deyinlərə görə, hazırda şəhərdə sərt inzibati və polis tədbirləri görülür.
Ukrayna saytlarının başqa bir xəbərində, Radensk qəsəbəsi yaxınlığında ruslara məxsus böyük hərbi texnika karvanının məhv edildiyi bildirilir.
Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələri oktyabrın 21-dək Xerson vilayətində 80-dən çox yaşayış məntəqəsini azad ediblər.
Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri hesab edirlər ki, işğalçılar Dnepr çayının sol sahilinə doğru hərəkət edərək Xersonu təslim edə bilərlər.
Rusların hərbi qərargahı artıq Skadovska köçürülüb. Xersonda isə Rusiya Federasiyasının bayraqları yoxa çıxıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB