Almaniya Sosial Demokrat Partiyası bu gün qurultayın yekunlarına əsasən yekdilliklə İrana qarşı sanksiya təzyiqinin artırılmasının zəruriliyi ilə bağlı qətnamə qəbul edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, alman sosial-demokratlar İslam Respublikasında siyasi böhrana son qoymağa çağırıblar.
“Yüzlərlə ölü, siyasi sui-qəsdlər, saysız-hesabsız yaralılar və ölüm cəzasına qədər ağır cəzaya məruz qalan on minlərlə məhbus İran rejiminin qeyri-insani ideologiyasının və zorakılığının yeni ifadəsidir”.
Bu, sosial-demokratların qətnaməsində deyilir.
Partiya federal hökumətdən İran hakimiyyətinin hərəkətlərinə etiraz etmək üçün bütün kanallardan istifadə etməyi tələb edib.
Almaniyanın İrana təzyiqi İran xalqı öz azadlığını kobud güclə məhdudlaşdırdığı müddətcə davam etməlidir.
Bundan əlavə, Almaniya Sosial Demokrat Partiyasınin qətnaməsinə əsasən, Berlin BMT səviyyəsində İranda insan haqlarına qarşı cinayətlərin müstəqil araşdırılmasına nail olmalı və nüvə sazişinin bərpasının qarşısı alınmalıdır.
“İranın gələcəkdə nüvə silahı yaratmaq qabiliyyətinin əldə edilməsi İranın özündə, bütövlükdə Yaxın Şərqdə insanların sülh və təhlükəsizliyinə və ən azı İsrailin mövcudluğuna təhdid deməkdir”.
Bu, fikirlər də Almaniya Sosial Demokrat Partiyasınin qətnaməsində deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB