Hərbi keşiş əməliyyat zonasında ölüb

Hərbi keşiş əməliyyat zonasında ölüb

Strateji Raket Qüvvələrinin qərargahında yerləşən Patriarxal Metoxionun rektoru, protokoşist Mixail Vasilyev xüsusi əməliyyat zamanı ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Zelenoqrad yepiskopu Savva (Tutunov) Telegram kanalında yayıb.

“Daha bir hərbi keşiş cəbhədə həlak oldu. Bu mühitdə məşhur olan Ata Mixail Vasiliev”. Bunu Zelenoqrad yepiskopu Savva yazıb.

Onun dediyinə görə, Ata Mixail 20 ilə yaxın rus əsgərlərinə qayğı göstərib. “Prichod.ru” kanalı xəbər verir ki, o, Çeçenistanda, Suriyada olub. Bu yaxınlarda xüsusi əməliyyat zonasında olub.

Savvanın dediyinə görə, o, həyatını təhlükə altına alan mövqelərdə olan əsgərlərə baş çəkməli, təsəlli verməli, ən çətin döyüş və həyat vəziyyətlərində hərbi personalı gücləndirməli və təlimatlandırmalı imiş. Amma…

Rus saytlarının yazdığına görə, Ata Mixail ondan 3 metr aralıda HIMARS-ın partlaması nəticəsində ölüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə