Vaşinqton türkmən qazının Avropa İttifaqına tədarükünü təşkil edəcək
ABŞ Türkmənistana söz verdi

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu bu gün Vaşinqtonun türkmən qazının Avropa İttifaqına ixracını təşkil etməkdə kömək etməyə hazır olduğunu bildirib.

“Karyeramın əvvəlində mənim Bakıdakı səfirliyimizdə müvəqqəti işlər vəkili olmaq imkanım olub. Biz isə, Azərbaycan tərəfi, Aİ, ABŞ və Türkmənistan 20 ildən artıqdır ki, türkmən qazının Avropaya nəqlinin mümkünlüyü barədə danışırıq”-deyən Donald Lu, Vaşinqtonun indi həmən layihəni yenidən başlatmağı təklif etdiyini bildirib.

Bu gün qaz qiymətlərinin çox yüksək və Türkmənistan hökumətinin bu barədə düşünməsini bildirən Amerika səlahiyyətlisi, türkmən qazının müxtəlif ölkələrə ixracını türkmən xalqı üçün ən yaxşı şey adlandırıb.

SİA xəbər verir ki, Lu, Vaşinqtonun türkmən qazını almayacağını da vurğulayıb. “Biz Türkmənistan qazını almayacağıq, çünki bizim ABŞ-da çoxlu qazımız var”, - deyə dövlət katibinin köməkçisi bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə