İran ABŞ-a mal ixracını 18 dəfə artırıb

İran ABŞ-a mal ixracını 18 dəfə artırıb

ABŞ Federal Əmək Statistikası Bürosunun məlumatına görə, 2022-ci ilin ilk üç rübündə İran ABŞ bazarlarına mal ixracını əhəmiyyətli dərəcədə artırıb.

Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə satışlar 18 dəfə artıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, əgər 2021-ci ilin ilk üç rübündə söhbət İran mallarının ABŞ-a cəmi 0,6 milyon dollarlıq ixracından gedirdisə, 2022-ci ilin yanvar-sentyabr aylarında onlar 10,9 milyon dollara çatdırılıb.

Eyni dövrdə Amerika mallarının ixracı da 6,8 faiz artaraq 29,3 milyon dollardan 31,3 milyon dollara yüksəlib.

Belə ki, bu dövr ərzində ABŞ-İran ticarət dövriyyəsi 41 faiz artıb.

Qeyd edək ki, sözügedən malların hansı növü ilə bağlı statistika göstərilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə