Avropa İttifaqı Ukraynaya yardım formatını dəyişəcək

Avropa İttifaqı Ukraynaya yardım formatını dəyişəcək

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqının 2023-cü ildə Ukraynaya maliyyə dəstəyini davam etdirəcəyini bildirib. O, Ukraynaya veriləcək ümumi vəsaitin məbləğinin təxminən 18 milyard avro olacağını da bəyan edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa Komissiyasının rəhbəri Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı maliyyə yardımının məbləği və onun verilməsi formatını da müzakirə edib.

Fon der Leyen, Avropa İttifaqının yardım planının gələn həftə təqdim ediləcəyini də söyləyib.

O, dəstəyin yüksək güzəştli uzunmüddətli kreditlər şəklində veriləcəyini də bəyan edib.

Leyenin fikrincə, Kiyevə göndərilən vəsait Ukraynada Avropa İttifaqına daxil olmaq yolunda zəruri olan islahatların həyata keçirilməsinə töhfə verəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə