ABŞ Dövlət Departamentinin verdiyi məlumata görə, dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu diplomatik tur üçün bu gün Mərkəzi Asiyaya uçub. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Lu ticarətin inkişafı danışıqları üçün Türkmənistan, Özbəkistan və Qazaxıstana səfər edəcək.
Dövlət Departamentinin sənədindən belə çıxır ki, bu ölkələrdə o, “ABŞ-ın öz müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə, habelə ümumi məqsədlərə: Orta Asiyada rifah, təhlükəsizlik və demokratiyaya nail olunmasına sadiqliyini gücləndirəcək”.
Verilən məlumata görə, Donald Lu Türkmənistanda rəsmilərlə regional məsələlərdə tərəfdaşlıqdan danışacaq. Özbəkistanda o, təkcə rəsmilərlə deyil, vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək. Qazaxıstanda onun iş adamları və vətəndaş cəmiyyəti liderləri ilə görüşü nəzərdə tutulub.
Rəsmi olaraq Türkmənistan, Özbəkistan və Qazaxıstanda Donald Lu Mərkəzi Asiyada iqtisadi sabitliyi təmin etmək üçün Amerika təşəbbüsü ilə bağlı danışıqlar aparacaq. Deyilənlərə görə, onun büdcəsi 25 milyon dollar olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB