Sunak ukraynalılara yardım proqramını bağlaya bilər

Sunak ukraynalılara yardım proqramını bağlaya bilər

Böyük Britaniya büdcədəki "qara dəlik" səbəbindən ukraynalı qaçqınlara yardımı kəsə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu köşə yazarı Den Sales “Daily Mail” qəzetinə yazdığı məqaləsində bildirib.

Qeyd olunur ki,bir müddət bundan əvvəl Avropada gözlənilən sosial problemlərdən danışan UNİCEF ekspertləri, qışda makroregiona daha 800 min ukraynalı qaçqın gələ biləcəyini ehtimal ediblər.

Məqalə müəllifinin sözlərinə görə, Böyük Britaniyanın baş naziri Rişi Sunak və kansler Ceremi Hant ölkə büdcəsinin auditini aparır. Onlar xəzinədə 50 milyard funt-sterlinqlik “qara dəlik” tapmağa nail olublar.

Köşə yazarı vurğuladı ki, hakimiyyət çarəsiz şəkildə dəliyi tıxamağa çalışır, müxtəlif hərbi və sosial layihələr onların bıçağı altındadır. Xüsusilə, Londonun köçkünlərə 350 funt sterlinq müavinət verdiyi “Ukrayna üçün evlər” layihəsi də azaldıla bilər.

Bu arada mühafizəkar deputat Bob Seili, Rişi və Huntın büdcəni doldurmaq üçün bütün imkanları araşdıraraq kifayət qədər ağlabatan davrandıqlarını söyləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə