İtaliya humanitar gəmidəki 144 miqrantı qəbul edib

İtaliya humanitar gəmidəki 144 miqrantı qəbul edib

İtaliya Aralıq dənizində “SOS Humanity” qeyri-hökumət təşkilatına (QHT) məxsus “Humanity 1” gəmisindəki 179 miqrantdan 144-nü qəbul edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, miqrantlar İtaliya Sahil Mühafizə Komandanlığının patrul gəmisinin müşayiəti ilə Kataniya limanına gətirilib. Onların əksəriyyəti qadınlar və uşaqlardır.

İtaliya sahillərində üç humanitar gəminin xilas etdiyi 900-dək miqrant hazırda təhlükəsiz liman gözləyir. Bunlar göyərtəsində 90 nəfərin olduğu “Rise Above”, göyərtəsində 234 miqrant olan “Ocean Viking”, 572 miqrantın olduğu Sərhədsiz Həkimlər Təşkilatına məxsus “Geo Barents” gəmisidir.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən ölkəyə gələn miqrantların sayı 85 min 991 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə