Moskva və Bütün Rusiyanın Patriarxı Kirill indiki təhlükələrin Rusiyanı ölümlə hədələdiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə Milli Qvardiyanın əsas məbədi olan Balaşixada knyaz Vladimir kilsəsinin təqdis mərasimindən sonra bildirib.
Patriarxın sözlərinə görə, hazırda ölkə Rusiyanın mövcudluğuna meydan oxuyan təhlükələrlə üz-üzədir.
“...Və bu gün biz belə təhlükələrdən keçirik. Və əlbəttə ki, biz inanırıq ki, bütün Rusiyanı suveren örtüyü ilə əhatə edən Rəbb və Cənnət Kraliçasından xahiş edirik ki, xalqımızı və bütün Rusiya xalqlarını xaricdən tətbiq olunan daxili müharibədən xilas etsin”-deyə patriarx bildirib.
Maraqlıdır ki, patriarx həmçinin güclü xarici qüvvələrin məqsədinin Ukrayna, Belarus və Rusiyanı zəiflətmək olduğunu da dilə gətirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB