ABŞ Kiyevdən Rusiya ilə danışıqlara hazır olduğunu göstərməyi xahiş edir

ABŞ Kiyevdən Rusiya ilə danışıqlara hazır olduğunu göstərməyi xahiş edir

ABŞ administrasiyası Ukrayna liderlərindən Rusiya ilə danışıqlara hazır olduqlarını nümayiş etdirmələrini xahiş edir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ağ Evdəki mənbələr yayıb.

Təkliflər Kiyevi danışıqlar masası arxasına oturmağa məcbur etmək məqsədi daşımır..?

“The Washington Post” yazır ki, məqsəd Ukraynaya vətəndaşlarına gələcək illərdə müharibə ehtimalından qorxa biləcək ölkələrdə dəstək verməkdir. Söhbət təkcə Avropa dövlətlərindən deyil, həm də müharibə başlayandan sonra enerji və ərzaq böhranı ilə ən kəskin şəkildə üzləşmiş Afrika və Latın Amerikası ölkələrindən də gedir.

Eyni zamanda, ABŞ rəsmiləri ukraynalı həmkarlarının Rusiya prezidenti Vladimir Putinin danışıqlara ciddi yanaşmaması ilə bağlı qiymətləndirməsini də bölüşürlər.

Bunu xüsusi qeyd edən Amerika nəşrinin fikrincə, guya Ukrayna prezidenti Vladimir Zelenski Putinə güzəştə gedə və danışıqları dəstəkləyə bilər.

Maraqlıdır ki, Ukrayna tərəfi qəzetin bu şərh sorğusuna hələ də cavab verməyib.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqlar may ayında dayandırılıb. Nümayəndə heyətlərinin sonuncu təkbətək görüşü martın sonunda İstanbulda baş tutub.

Onu da qeyd edək ki, oktyabrın əvvəlində Zelenski fərman imzalayaraq Vladimir Putinini prezident olaraq qaldığı müddətdə ruslarla heç bir danışıqlara getməyəcəyini bəyan edib.

Yeri gəlmişkən, bu, Moskvanın Ukraynanın bir sıra işğal olunmuş rayonlarını ilhaq etməsindən az sonra baş verib. Amma Putin bundan əvvəl Rusiyanın danışıqlara hazır olduğunu, lakin ilhaq edilmiş ərazilərin taleyini müzakirə etməyəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə