Avropa İttifaqı Polşada hakimiyyəti dəyişir?

Avropa İttifaqı Polşada hakimiyyəti dəyişir?

Avropa Komissiyası Polşa hakimiyyətini, o cümlədən insan haqları məsələlərində güzəştə getməyə məcbur edir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ölkə prezidenti Anjey Duda Varşavanın bundan sonra bununla razılaşmayacağını deyib.

Siyasətçi həmçinin Avropa İttifaqı və Avropa Komissiyasının ölkədə hakimiyyəti dəyişmək istədiyini bildirib.

Duda başqa bir əsas kimi Avropa Komissiyası tərəfindən qəbul edilmiş COVID-19 pandemiyasından təsirlənən Polşanın bərpası planını göstərir.

Brüssel Varşavaya 35 milyard avro ayırmalı idi, lakin sonda Avropa İttifaqı Polşa hakimiyyətinə qarşı iddiaları səbəbindən plan gecikmə ilə təsdiqləndi. Bu arada Avropa Komissiyası vəd edir ki, Varşava tələb olunan islahatlara getsə, vəd etdiyi məbləği alacaq.

“Mən qarşı tərəfin təkliflərinə qarşı heç bir cavab addımı atmayacağam. Bildiyimə görə, biz pulu almaq üçün bütün şərtləri yerinə yetirdik, xərcləmə planımız təsdiqləndi. Bizə lazım olanın ödənilməsini gözləyirik”.

Qeyd edək ki, bunu Polşa prezidenti Anjey Duda bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə