Xersonda qaranlıqdır

Xersonun bütün rayonlarında hələ müəyyən edilməmiş səbəblərdən elektrik enerjisinin kəsilməsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Xersonoblenerqo”nun mətbuat xidməti bildirib.

Mətbuat xidmətinin xəbərinə görə, hazırda şəhərin heç bir yerində işıq yoxdur. Xidmət şəhərdə nələrin yaşandığı barədə də xəbərsiz olduğunu etiraf edib

Bundan əvvəl Rusiya hakimiyyətinin Xerson sakinlərini sertifikatlarla təmin edəcəyi barədə məlumat yayılmışdı. Bu sənədlərə əsasən, region sakinləri Rusiyanın istənilən regionunda həm təkrar, həm də ilkin bazarlarda pulsuz mənzil əldə edə biləcəklər.

Maraqlıdır ki, şəhadətnamədə mənzillərin kvadratmetrlərinin sayına məhdudiyyət qoyulub. Belə ki, hər bir adama 33 kvadratmetr haqq verilir, iki nəfərlik ailəyə 42 kvadrat metrlik mənzil veriləcək. Ailədə üç və ya daha çox ailə üzvü varsa, bu halda hər kəs 18 kvadratmetr alacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə