Ermənistanın Baş naziri Nikol Paşinyanla gürcüstanlı həmkarı İrakli Qaribaşvili arasında telefon danışığı olub. SİA-nın Tbilisi bürosu xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər Gürcüstan-Ermənistan gündəliyinin müxtəlif məsələlərini müzakirə ediblər.
Əlavə olaraq, Nikol Paşinyan gürcüstanlı həmkarını oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə baş tutmuş üçtərəfli görüşünün nəticələri ilə bağlı məlumatlandırıb.
Qeyd olunub ki, Qaribaşvili və Paşinyan yaxın regional əməkdaşlıq və cari məsələlərə dair fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB