İtaliyanın paytaxtı Romada yüz minlərlə insanın iştirakı ilə yürüş və mitinq keçirilib. SİA xəbər verir ki, ölkənin qabaqcıl həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları və katolik təşkilatları tərəfindən təşkil olunan və “Avropa sülh üçün” şüarı altında baş tutan yürüşdə “Sülh” və “Müharibəyə yox” plakatları açılıb. Yürüşdə Roma meri Roberto Qualtieri, Demokratik Partiyanın lideri Enriko Letta, “Beş Ulduz Hərəkatı”nın rəhbəri Cüzeppe Konte, parlamentarilər və siyasətçilər iştirak ediblər.
Yüz mindən çox insanın qatıldığı yürüşdən sonra keçirilən mitinqdə də sülh çağırışları edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB