Sərnişin təyyarəsi Viktoriya gölünə düşüb

Sərnişin təyyarəsi Viktoriya gölünə düşüb

Tanzaniyada “Precision Air” təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Verilən məlumata görə, Dar əs-Salamdan Bukobaya uçan təyyarə hava limanına yaxınlaşarkən qəzaya uğrayıb.

Mətbuat xidmətindən hadisə yerinə təcili tibbi yardım briqadaları göndərildiyi bildirilib.

Agentliyin məlumatına görə, təyyarə Viktoriya gölünə düşüb. Qəzaya pis hava şəraiti səbəb olub.

Təyyarədə 49 sərnişin və 4 ekipaj üzvü olduğu dəqiqləşdirilir. Onlardan ən azı 15-i (digər mənbələrə görə - 24) artıq xilas edilib.

Əli

Bütün xəbərlər Facebook səhifəmizdə