Çeçen müxalif “Adat” (çeçen xalq hərəkatı, ictimai-siyasi təşkilat-A.B.). hərəkatının fəalları Almaniyanın Münhen şəhərindəki Rusiya konsulluğu qarşısında Kreml əleyhinə piket keçiriblər. Etirazçılar Rusiyanı terrorçu dövlət adlandırıblar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, konsulluğun yaxınlığındakı əraziyə 30-a yaxın çeçen diasporunun nümayəndələri toplaşıb və sonradan Başqırd milli hərəkatının fəalları da onlara qoşulublar.
Çeçen fəalları tanınmamış Çeçenistan İçkeriya Respublikasının bayraqlarını, üzərində “Əcdadlarımızın mübarizəsini davam etdirək”, “Çeçenistan Rusiyanın konslageridir”, “Xalqımızın soyqırımını unutmayaq”, “Kavkaz” və s. yazılar olan plakatlar nümayiş etdiriblər.
Qeyd edək ki, aksiyanın təşkilatçısı, “1ADAT” hərəkatının nümayəndəsi İbrahim Yanqulbayev tədbir zamanı Kremlin əvvəllər çeçenlərə terrorçu damğası vurduğunu, amma indi bütün dünyanın Rusiyanı “terrorçu dövlət” kimi tanımağa başladığını bildirib.
Xatırladaq ki, artıq Rusiyanı terrorçu ölkə və ya terrorizmi himayə edən ölkə kimi tanıyan qətnamələr bir sıra Avropa ölkələrinin parlamentləri və AŞPA tərəfindən qəbul edilib. ABŞ Konqresinin Senatı isə hələ iyul ayında Ağ Evi Rusiyanı terrorizmi himayə edən ölkə kimi tanımağa çağırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB