Rusiyada kafeyə qumbara atılıb - 4 nəfər yaralanıb

Rusiyada kafeyə qumbara atılıb - 4 nəfər yaralanıb

Rusiyada kafeyə qumbara atılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə noyabrın 6-da gecə saatlarında Zabaykal diyarının Şilka yaşayış məntəqəsində baş verib.

Kafeyə buraxılmayan 35 yaşlı kişi əsəbiləşib və kafeyə qumbara atıb. Nəticədə 4 nəfər yaralanıb, onlardan birinin durumu orta ağırdır.

Kafeyə qumbara atan şəxs saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə