Niderland polisi “Shiphol” hava limanında uçuş-enmə zolağına çıxan ən azı 100 ekoloji fəalı saxlayıb. SİA TASS-a istinadən xəbər verir ki, “Greenpeace” və “Extinction Rebellion” təşkilatlarının fəalları hasardan adlayaraq şəxsi təyyarələrin altında oturub və onların havaya qalxmasına mane olublar. Bəzi etirazçılar özlərini təyyarəyə zəncirləyiblər. Digərləri uçuş-enmə zolağında velosiped sürməyə başlayıblar. Ümumilikdə aksiyada ən azı 500 nəfər iştirak edib. Polis azı 100 fəalı saxlayıb.
“Bunun nümayişlə heç bir əlaqəsi yoxdur. Belə hərəkətlər qadağandır, təhlükəlidir və cəzalandırılır”, - deyə “Shiphol”un aid olduğu Harlemmermer bələdiyyəsinin sədri Marianna Shurmans bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB