ABŞ-ın Merilend ştatında fərdi yaşayış evində baş verən atışma nəticəsində 5 nəfər ölüb. SİA xəbər verir ki,
Çarlz İlçe polisinin "Twitter"də verdiyi məlumata görə, ayrı bir evdən silah səslərinin eşidilməsi ilə bağlı telefon zəngi üzərinə hərəkətə keçən polis, eyni evdə olan 5 nəfərin öldüyünün şahidi olub. Polis paytaxt Vaşinqtonun təxminən 55 kilometrliyindəki La Plata bölgəsində baş verən silahlı hücumda həyatını itirənlərin hamısının böyüklər olduğu barədə məlumatı paylaşıb.
Hadisənin təfərrüatları ilə bağlı polis 5 nəfər arasında qohumluq əlaqələrinin müəyyən edilməsi üçün araşdırmalara başlandığını qeyd edib. Polisin açıqlamasında, "Evdə baş verən hadisə ilə heç bir xarici əlaqənin olmadığı görünür. Əlavə təfərrüatlar əldə edildikdə, bu mövzuda yeni məlumat veriləcək"-deyə, bəyanatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB