Meksikada yeniyetmələrin "Halloven" şənliyi saxta spirt üzündən dəhşətli şəkildə başa çatıb. SİA xəbər verir ki, Meksikanın Puebla şəhərinin San Manuel məhəlləsində keçirilən "Halloven" şənliyində saxta spirtli içki böhranı baş verib. Partinin keçirildiyi zalda bir çox gənc satılan saxta içkilərdən zəhərlənib. Zəhərlənən gənclərdən bəzilərinin huşunu itirdiyi, bəzilərinin isə qusduğu müşahidə edilib.
Şənliyə gələnlərin əksəriyyətinin 18 yaşdan kiçik orta məktəb şagirdləri olduğu, zəhərlənən gənclərin isə ailələrini köməyə çağırdığı bildirilib. Ziyafətdə iştirak edən gənclər və bəzi ailələr təşkilatçıların saxta içki satdıqları üçün zəhərləndiklərini bildiriblər. Bəzi valideynlər övladlarını saxta spirtlə zəhərləyən təşkilatçılardan şikayət edəcəklərini bildiriblər. Tədbirdən sonra şənliyin keçirildiyi zaldan kənarda çəkilən və sosial şəbəkədə paylaşılan görüntülərdə saxta spirtli içkidən zəhərlənən 8 gənc görünür. Bəzi gənclər yerdə huşsuz halda uzanarkən, hadisə şahidləri şənliyə yüzlərlə insanın qatıldığını və saxta spirtli içkidən zəhərlənənlərin sayının daha çox olduğunu bildiriblər.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB