Rusiyanın hücumları nəticəsində zədələnmiş enerji şəbəkələrində yaranan nasazlıqlarla əlaqədar Ukraynanın Kiyev, Çerniqov, Çerkasi, Jitomir, Sumi, Xarkov və Poltava şəhərlərində fövqəladə elektrik enerjisinin kəsilməsi proqramına başlanılıb. SİA xəbər verir ki, Rusiyanın Ukraynaya hücumlarında enerji şəbəkələrinin intensiv hədəfə alınması səbəbindən ölkə çətin günlər yaşamağa başlayıb.
Ukraynanın elektrik enerjisi şirkəti "Ukrenerqo" tərəfindən verilən açıqlamada, aktiv elektrik şəbəkələrində həddindən artıq sıxlıq səbəbindən planlı elektrik kəsilməsindən fövqəladə elektrik kəsilməsinə keçildiyi açıqlanıb. Buna uyğun olaraq bildirilib ki, Ukraynanın paytaxtı Kiyevdə, eləcə də Çerniqov, Çerkasi, Jitomir, Sumi, Xarkov və Poltavada səhər saat 6-dan elektrik enerjisi kəsilib. Açıqlamada, saatlıq kəsilmələrin gündəlik olaraq proqramlaşdırıldığı, elektrik şirkətinin işçilərinin isə problemlərin aradan qaldırılması üçün 24 saat çalışdığı bildirilib. Agentlik həmçinin xatırladıb ki, şəbəkələrə yükü azaltmaq, enerji sisteminin daimi balansını təmin etmək və şəbəkələrin Rusiya raket hücumları və dron hücumları nəticəsində zədələndikdən sonra təkrar nasazlıqların qarşısını almaq üçün belə məhdudiyyətlər lazımdır. Həmçinin Ukrayna elektrik şirkəti Ukrayna dövləti elektrik enerjisinin qəfil kəsilməsindən əziyyət çəkməmək üçün öz xalqına liftdən istifadə etməməyi tövsiyə etsə də, hələlik elektrik enerjisinin hansı rayonlara veriləcəyi ilə bağlı siyahı dərc etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB