Ukrayna taxılının Qara dəniz vasitəsilə ehtiyacı olan ölkələrə daşınmasına imkan verən taxıl sazişinin davam etdirilməsində Türkiyənin oynadığı mühüm rola görə Aİ-dən təşəkkür gəlib. SİA xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna Qara Dəniz Taxıl Təşəbbüsü Sazişinin davam etdirilməsindəki roluna görə təşəkkür edib.
Jozep Borrell Ser Bani Yas Forumunda iştirak etmək üçün gəldiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdən sonra sosial media hesabından açıqlama verən Borrel, nazir Çavuşoğlu ilə görüşdüklərini ifadə edərək, "Qara Dəniz Taxıl Təşəbbüsünü dəstəklədiyi, qidanın silah kimi istifadəsinin qarşısını aldığı və qlobal ərzaq böhranları ilə mübarizə apardığı üçün Türkiyəyə təşəkkür etdim" dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB