Ukrayna Silahlı Qüvvələri Donetski HIMARS reaktiv yaylım atəşi sistemi ilə atəşə tutub.
Telegram nəşri xəbər verir ki, bu barədə “İzvestiya”nın müxbiri Valentin Truşnin məlumat verib.
SİA bu barədə rus saytlarına istinad edir.
Şəhərin Leninski rayonunun atəşə tutulduğu dəqiqləşdirilir. Donetsk meri Aleksey Kulemzin bildirib ki, yerli sakinlərin sözlərinə görə, yanğın Raduqa univermağının yaxınlığında baş verib. O əlavə edib ki, ilkin məlumata görə, itki yoxdur.
Qeyd edilir ki, noyabrın 1-də Donetskin mərkəzində beş güclü partlayış baş verib. Aleksey Kulemzin sözlərinə görə, şəhərin Petrovski rayonunda mərmilərdən biri uşaq bağçasının binasına düşüb.
Əli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB