Bu arada İran, ilk dəfə olaraq, Rusiyaya pilotsuz təyyarələrin çatdırıldığını etiraf edib, lakin, maraqlıdır ki, o guya bu təyyarələri Ukraynada müharibə başlamazdan əvvəl göndərildiyini bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İranın xarici işlər naziri Hossein Abdollahian Rusiyanın Ukraynaya təcavüzünün başlamasından aylar əvvəl “az sayda” pilotsuz təyyarələrin gətirildiyini bildirib.
Abdollahian əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibədə İran pilotsuz uçan aparatlarından istifadə etdiyi sübut olunarsa, Tehran guya “laqeyd qalmayacaq”. Onun sözlərinə görə, İran və Ukrayna arasında bu cür sübutların təqdim edilməsi ilə bağlı razılaşma var.
Qeyd edək ki, hələ avqustun sonunda “The Washington Post” qəzeti İranın ilk pilotsuz uçuş aparatlarının Ukrayna ilə müharibə zamanı istifadə üçün Rusiyaya göndərdiyi barədə yazmışdı. Lakin İran hakimiyyəti Rusiyaya dronların çatdırılmasını dəfələrlə təkzib etmişdi.
Onu da qeyd edək ki, Kiyev Moskvanı mülki hədəflərə hücum etmək üçün İran pilotsuz təyyarələrindən istifadə etməkdə ittiham edir. Ukrayna tərəfi hərbçilərin İran istehsalı olan 300-dən çox qurğunu vurmağa müvəffəq olduğunu bildirsə də, amma Rusiya həmişə İran silahlarından istifadə ittihamlarını rədd edib.
Xatırladaq ki, oktyabrın 16-da sonunda “The Washington Post” qəzeti, İranın gizli şəkildə Rusiyanı təkcə pilotsuz təyyarələrlə deyil, həm də “yer-yer” ballistik raketlər də göndərdiyi barədə yazmışdı.
Bundan bir müddət sonra, yəni Ooktyabrın 21-də ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi isə az sayda da olsa İran əsgərinin ilhaq edilmiş Krımda olduğunu bildirmişdi.
Kirbinin idialarına görə, iranlı əsgərlər Ukraynanın mülki obyektlərinə və infrastrukturuna pilotsuz təyyarələrin hava hücumlarının təşkilində birbaşa iştirak edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB