İtaliyanın Apuliya bölgəsində helikopter qəzaya uğrayıb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə regionun vitse-prezidenti Rafaele Piemontese bildirib.
Helikopterin içərisində olan 7 nəfərin hamısı ölüb.
Adriatik dənizindəki Tremiti adasından havaya qalxan “Agusta A109” helikopteri radarlardan itib.
Ölən dörd nəfərin Sloveniyadan olan eyni ailənin üzvləri olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB