Miqrantlar iğtişaş törədiblər

Miqrantlar iğtişaş törədiblər

Britaniyanın Hitrou yaxınlığındakı Harmondsvort kəndində yerləşən müvəqqəti saxlama məntəqəsində miqrantlar iğtişaş törədiblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, şənbə günü, noyabrın 5-də bu barədə “Daily Mail” xəbər yayıb.

Beləliklə, nəşrin məlumatına görə, iğtişaşlara səbəb bir gün əvvəl, noyabrın 4-də mərkəzdə yaranan rabitə ilə bağlı problemlər olub. Belə ki, ərazidə elektrik enerjisi və su təchizatı kəsilib. Ancaq problemi gün ərzində aradan qaldırmaq mümkün olmayıb.

Nəticədə şənbə günü səhər bıçaq və digər soyuq silahla silahlanmış 100-ə yaxın miqrant mərkəzin həyətinə soxulublar.

Mərkəzin əməkdaşları hadisə yerinə polis çağırıblar. Hadisə nəticəsində xəsarət alan mərkəzin əməkdaşları və ya miqrantların özləri barədə məlumat verilməyib.

Baş verənlərin digər təfərrüatları da açıqlanmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə