“Poliqon”u yandıran xüsusi hərbi əməliyyat iştirakçısıdır

“Poliqon”u yandıran xüsusi hərbi əməliyyat iştirakçısıdır

Kostromadakı “Poliqon” gecə klubunda baş verən yanğının ehtimal olunan günahkarı bu yaxınlarda Rusiyanın xüsusi əməliyyatında iştirak etdiyi Ukraynadan qayıdıb.

Bu barədə Rusiya nəşri məlumat yayıb.

SİA-nın da əldə etdiyi məlumata görə, yanğında “əli olduğu” iddia edilən 23 yaşlı Stanislav İonkin xüsusi hərbi əməliyyat zonasında xidmət edib. Avqustun 22-də gənc oğlan silah-sursat daşıyarkən atəşə tutulub və ayağını sındırıb.

Bundan sonra İonkin Həştərxan vilayətindəki xəstəxanaya göndərilib, oradan da Kostroma vilayətinə qayıdıb. Reabilitasiyadan sonra, noyabrın əvvəllərində tibbi müayinədən keçmək üçün yenidən hərbi hissəyə gedib.

Xəbər verildiyi kimi, polis əməkdaşları şübhəli şəxsi şəhərin əyləncə məkanlarından birində isti izlərlə saxlamağa nail olublar. Həmin şəxs istintaq orqanlarına təhvil verilib. Sonradan o təqsirini boynuna aldığı məlum olub.

Belə ki, gecə klubunda baş verən insident zamanı o içəri raket atəşi açaraq, bu əməli ilə binada yanğın törədib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə