Alyaska rus torpağıdır, onu qaytarsınlar...

Alyaska rus torpağıdır, onu qaytarsınlar...

Bu günlərdə Amerikanın nüfuzlu qəzetlərindən birində rusların istehza ilə “torpaq məsələləri üzrə ekspert” adlandırdıqları Tomas Dansın məqaləsi dərc olunub. O, məqaləsində Vaşinqtonu Vrangel adasını Rusiya Federasiyasından almağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bunu guya adanın vaxtilə Ştatlara məxsus olması ilə əsaslandırıb.

“Vrangel adası Rusiya torpağıdır. Biz isə doğma torpağımızdan bir qarış belə əl çəkməyəcəyik”.

Bunu isə Rusiya Dövlət Dumasının deputatı Fedot Tumusov Tomas Dansa cavab olaraq səsləndirib.

Rusiyalı deputat əlavə edib ki, Konstitusiyada torpaqların başqa dövlətlərə verilməsinə birbaşa qadağa var. Tumusovun fikrincə, tərəflərin torpaq iddialarından danışarkən Alyaskanı qeyd etmək lazımdır.

“Alyaska bizimdir, onu qaytarsınlar. Mən dəqiq bilirəm ki, Alyaska Rusiya torpağıdır”, - deyə parlamentari vurğulayıb.

Maraqlıdır ki, rus deputat da öz əsasını gətirib. Belə ki, onun dediyinə görə, guya o vaxt Vaşinqton Alyaskanı Rusiyadan alarkən rus imperatoruna pul ödəməyib və alqı-satqı müqaviləsini pozub.

P.S: Deyim ki, mən bu şəkilə baxandan sonra inanmaq istəyirəm. Çünki belə ev və ayaqyolunu tiksə-tiksə ancaq ruslar tikə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə