Ukrayna münaqişəsindən ən çox Ərdoğan qazanıb?

Ukrayna münaqişəsindən ən çox Ərdoğan qazanıb?

Ukraynadakı münaqişədən ən çox Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan faydalanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu köşə yazarı Jared Malsin “The Wall Street Journal”a bildirib.

Onun fikrincə, Türkiyə prezidenti regionun ən nüfuzlu liderlərindən birinə çevrilib. Xüsusən də Rusiya və Ukrayna ilə münasibətlərdə balansı qorumağı bacarır.

Bir tərəfdən Ərdoğan Kiyevə silah tədarükünü qurub, digər tərəfdən Rusiya prezidenti Vladimir Putinlə birbaşa dialoq aparır.

Jared Malsinə görə, münaqişə tərəfləri ilə normal münasibətlər Ərdoğana Sevastopolda fövqəladə vəziyyətə qarşı dayandırılmış Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracını saxlamağa imkan verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə