Xəbər verildiyi kimi, İrəvandakı Fransa meydanında müqavimət hərəkatının çağırdığı “artsaxa dəstək” birlik mitinqi keçirilir.
Mitinq təşkilatçıları siyasi və partiya baxışlarından asılı olmayaraq biganə qalmayanların hamısını Fransa meydanına gəlməyə çağırıblar.
Katolikosun xeyir-duası ilə mitinqdə Tavuş yeparxiyasının lideri Baqrat Qalstanyan da iştirak edir. O, mitinqə xeyir-dua verərək, nitq də söyləyib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Ermənistanın ikinci prezidentinin ofisi Robert Köçəryanın da mitinqdə iştirak edəcəyini açıqlamışdı.
Xatırladaq ki, bir çox siyasi qüvvələr və ictimai xadimlər də bu günkü mitinqdə iştirak edəcəklərini bildirmişdilər.
Və onu da əlavə edək ki, bir gün əvvəl ABŞ-ın Ermənistandakı səfirliyi bəyanat yayaraq, vətəndaşlarını dinc toplantı zamanı qarşıdurmaların baş verəcəyini istisna etmədən, Fransa meydanından yan keçməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB