“Biz, Ukraynanın tərəfində möhkəm dayanacağıq”

“Biz, Ukraynanın tərəfində möhkəm dayanacağıq”

Bu arada G7-nin xarici işlər nazirləri Belarusu Rusiyanın Ukraynaya müdaxiləsinə yardım etməyi dayandırmaq çağırışlarını bir daha təkrarladılar.

SİA-nın əldə etdiyi məlumata görə, görüşdən sonra onların birgə bəyanatı Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Qeyd edək ki, bəyanatda Belarus hakimiyyətinin ölkəni Ukraynadakı müharibəyə daha birbaşa cəlb edərsə, G7-nin onlara ağır əlavə xərclər qoyacağı bildirilir.

Həmçinin sənəddə G7 ölkələrinin nümayəndələri Belarusu yenidən Rusiya qoşunlarının Ukraynaya öz ərazisindən raket zərbələri endirməsinə icazə verməməyə çağırıblar.

Xatırladaq ki, noyabrın 4-də Belarus qoşunlarını Ukraynaya göndərmək fikrində olmadığını bildirən prezident Lukaşenko “bizim orada işimiz yoxdur”-deyə əlavə edib.

Onu da qeyd edək ki, G7 ölkələrinin nümayəndələri öz bəyanatlarında “Rusiyanın məsuliyyətsiz nüvə ritorikasını” pisləyərək, Rusiyaya və müharibədə onu dəstəkləyənlərə qarşı sanksiyaları davam etdirəcəklərini vəd ediblər.

Bundan əlavə, xarici işlər nazirləri Ukraynaya öz enerji və su infrastrukturunu bərpa etmək və qorumaqda kömək etmək üçün G7-nin koordinasiya mexanizminin yaradılmasını elan ediblər. Onlar, həmçinin G7 ölkələrinin Ukraynaya maliyyə, humanitar, müdafiə, siyasi, texniki və hüquqi yardım göstərməyə davam edəcəklərini də təsdiqləyiblər.

“Biz nə qədər vaxt lazımdırsa, Ukraynanın tərəfində möhkəm dayanacağıq”.

Bu da bəyanatda deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə