“NATO nüvə mövqelərini və yerləşdirmələrini dəyişməyəcək”

“NATO nüvə mövqelərini və yerləşdirmələrini dəyişməyəcək”

NATO nüvə mövqelərini dəyişmək niyyətində deyil. Bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, o, ölkələrin alyansa qoşulacağı təqdirdə təşkilatın nüvə potensialının İsveç və Finlandiyada yerləşdirilməsinin texniki cəhətdən mümkün olub-olmayacağı sualına cavab verib.

Qeyd edək ki, ötən gün Finlandiya ölkənin Şimali Atlantika Alyansına üzvlüklə bağlı hökumət təklifi layihəsini təqdim edib. Yeri gəlmişkən ölkə hakimiyyəti hələ də ölkədə nüvə silahının yerləşdirilməsi ilə bağlı rəsmi mövqe nümayiş etdirməyib. Sənədə əsasən, Finlandiya NATO üzvü olan ölkə kimi alyansın nüvə silahları ilə qorunacaq. Ölkə hökuməti Finlandiyanın NATO-ya daxil olmasından sonra alyansın Helsinkiyə nüvə silahı təklif edəcəyinə və ya Finlandiyanın bunu tələb edəcəyinə şübhə edirdi.

Onu da qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasını hələlik yalnız iki ölkə ratifikasiya etməyib: Türkiyə və Macarıstan.

Ankara tərəflər arasında razılaşdırılmış memorandumda göstərilən bir sıra şərtləri bu ölkələr yerinə yetirəcəyi təqdirdə bunu edəcəyini bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə