Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat zamanı Ukrayna tərəfində döyüşən bir qrup əcnəbi muzdluları aşkar edərək məhv ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.
Beləliklə, Rusiya Müdafiə Nazirliyi Rusiya Federasiyası Silahlı Qüvvələrinin meşə zolağında olan muzdluların mövqelərinə zərbələr endirdikləri xəbərini yayıb.
Belə ki, meşə plantasiyasında maskalanmış muzdluların zirehli avtomobilini aşkar edən rusiyalı hərbçilər “Faqot” tank əleyhinə raket kompleksindən istifadə ediblər.
Rus saytlarının yazdığına görə, nəticə uğurla sonunclanıb və atəş zərbəsi başa çatdıqdan sonra yoxlama yarımqrupu əraziyə daxil olaraq düşməni atıcı silahlardan və pulemyotlardan atəşə tutaraq məhv edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB