Xəbər verildiyi kimi, ötən gün Rusiya prezidenti Vladimir Putin ağır cinayətlərə görə məhkum olunmuş vətəndaşların səfərbər edilməsinə icazə verən qanunu imzalayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Beləliklə, “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunun 17-ci maddəsinin 4-cü bəndinə dəyişiklik edilib. Dəyişikliklərdən əvvəl bu qayda ağır cinayət törətdiklərinə görə götürülməmiş və ya çəkilməmiş məhkumluğu olan bütün vətəndaşların hərbi xidmətə çağırılmasını qadağan edirdisə, indi bu qadağa yalnız bəzi ağır cinayətlər törətmiş şəxslərə şamil edilir.
Beləliklə, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlərə, terrorizmlə bağlı cinayətlərə, girov götürmə, qanunsuz silahlı birləşmə təşkil etmə, hava gəmisini qaçırma, nüvə materialları ilə qeyri-qanuni rəftar, dövlətə xəyanət, xarici dövlətlə əməkdaşlıq, casusluq, dövlət xadiminin həyatına qəsd, hakimiyyəti zorakılıqla ələ keçirmək istəyənlər üçün səfərbərlik qadağası qalır.
Eyni zamanda, səfərbərlik dövründə hərbi xidmət əleyhinə olan ağır cinayətlərə görə məhkum olunmuşlar, məsələn, fərarilik və əmri yerinə yetirməyənlər cəzasını çəkdikdən sonra və ya şərti cəza ilə yenidən müharibəyə çağırıla bilərlər.
Qeyd edək ki, Putin müqaviləli hərbçilərin statusunu könüllülərə şamil edən, həmçinin onlar üçün müavinət və ödənişləri nəzərdə tutan daha bir qanun imzalayıb. Belə ki, məsələn, könüllü müharibədə həlak olarsa, onun ailə üzvlərinə 3 milyon rubl məbləğində birdəfəlik müavinət veriləcəyi vəd edilir.
Hərbi xəsarətlə əlaqədar hərbi xidmətdən azad edildikdə, zədə və ya xəstəlik nəticəsində yararsız hesab edildiyi üçün müqaviləyə xitam verildikdə, könüllüyə birdəfəlik müavinət də ödənilir. Bu, 2 milyon rubl təşkil edəcək.
Müqavilə əsasında xidmət edən hərbi qulluqçuya, könüllüyə isə 1 milyon rubl ödəniləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB